"Borussiya" Tuxeli göndərdi

15:32 - 30 May 2017

Almaniyanın "Borussiya" klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, klubla müqaviləsi gələn ilin yayında başa çatacaq mütəxəssisin müqaviləsinə xitam verilib. Dortmund təmsilçisi müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün 43 yaşlı çalışdırıcıya 3 milyon avro təzminat ödəyəcək. 

 

Tüxel Almaniya mətbuatına verdiyi açıqlamada klubdan göndərilməsinə belə münasibət bildirib: "Dortmundda iki möhtəşəm mövsüm keçirdim. Azarkeşlərə, klub rəhbərliyinə, bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. "Borussiya"ya gələcəkdə uğurlar arzu edirəm".

 

Qeyd edək ki, Dortmund klubunun yeni baş məşqçisinin "Nitsa"da çalışan Lusian Favre olacağı gözlənilir.

Xəbər xətti