40 yaşlı qapıçı karyerasını başa vurdu

Monako”nun qapıçısı Morqan De Sanktis karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. İtalyan qolkiper 40 yaşında karyerasını bitirmək qərarına gəlib. Onun sabiq klubu, 3 il şərəfini qoruduğu “Roma”ya qayıdaraq, menecer kimi çalışacağı deyilir.

 

Qeyd edək ki, karyerası ərzində “Monako”dan başqa, “Napoli”, “Roma”, “Qalatasaray”, “Sevilya”, “Udineze”nin şərəfini qorumuş, 6 dəfə İtaliya millisinin formasını geymiş De Sanktis son mövsümdə 8 oyunda şans qazanıb.

Tarix: 3 İyun [11:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2017
22  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio