UEFA-dan Ömər Paşayevə ilk təyinat

15:15 - 5 İyun 2017

Azərbaycanın yeni FİFA hakimi Ömər Paşayev UEFA-dan ilk təyinatını alıb.

 

Sportal.az xəbər verir ki, referi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Belarus – San Marino oyununu idarə edəcək.

 

Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

 

Qeyd edək ki, görüş iyunun 7-də Minsk şəhərində keçiriləcək.

Xəbər xətti