Sərgən Yalçının yeni iş yeri müəyyənləşdi

16:13 - 6 İyun 2017

Növbəti mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparacaq "Yeni Malatyaspor"un baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Malatya təmsilçisi Sərgən Yalçınla razılıq əldə edib. O, bu postda bir neç gün öncə istefaya göndərilən İrfan Buzu əvəz edəcək. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. 

 

Qeyd edək ki, Sərgən Yalçının son iş yeri "Kayserispor" klubu olub.

Xəbər xətti