"Bursaspor"un prezidentindən Robert Prosineçki açıqlaması

10:06 - 8 İyun 2017

Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay millimizin baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlı olduqlarını təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, Ay Prosineçki ilə danışıqların davam etdiyini və məsələ ilə şəxsən maraqlandığını dilə gətirib:

 

“Bəli, Prosineçki ilə bağlı görüşlər davam edir. Ancaq imza atmamış bizim məşqçimiz deyil. Danışıqlar aparılır. Bu işlə şəxsən özüm məşğul oluram".

 

Ay əcnəbi məşqçi tərəfdarı olduqlarını bildirib:

 

"Bu qərarı verməyimizdə  ötən mövsümün nəticəsi rol oynadı. Ötən mövsümdəki nəticələrə görə bütün azarkeşlərimizdən üzr istəyirəm. Biz bu vəziyyətdən çıxmağa çalışırıq və hər kəs var gücünü ortaya qoyub".

 

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonunda başa çatacaq. 

Xəbər xətti