Əvvəl Onil, sonra Prosineçki

13:22 - 8 İyun 2017

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, əvvəlcə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil jurnalistlərin qarşısına çıxacaq. O, İyunun 9-da saat 18:15-də mətbuat nümayəndələrinin suallaraını cavablandıracaq. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da başlayacaq.

 

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki saat 19:45-dən etibarən media nümayəndələrinin suallarını cavablandıracaq. Yığmanın açıq məşqi isə 20:15-də start götürəcək.

 

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu iyunun 10-u, saat 20:00-da  Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xəbər xətti