Renat Dadaşov millimizdə debüt edə bilər, Almeyda start heyətdə

15:12 - 9 İyun 2017

Ötən günlərdə “Ayntraxt”ın əsas komandası ilə müqavilə imzalayan Renat Dadaşov millimizin heyətində debüt edə bilər.

 

Sportal.az xəbər verir ki, yığma komandamızın baş məşqçisi Robert Prosineçki gənc forvardı sabah baş tutacaq Şimali İrlandiya ilə oyuna start heyətdə buraxmayacaq. 18 yaşlı futbolçunun oyunun gedişində matça daxil olacağı gözlənilir.

 

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda isə ilk dəfə mili komandamızın formasını geyinəcək. Almeyda sabah baş tutacaq oyunun start 11-liyində yer alacaq.

 

Qeyd edək ki, Renat Dadaşov əsas millimizdə debüt etməyib.

Xəbər xətti