"Qalatasaray"da Sabri dövrü başa çatdı

"Qalatasaray" bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "sarı-qırmızılar" uzun illərdir formasını geydiyi Sabri Sarıoğlu ilə yola davam etməmək qərarı verib. 31 may tarixində müqaviləsi başa çatan 32 yaşlı sağ cinah müdafiəçisi ilə yeni sözləşmə imzalanmayacaq.

 

Qeyd edək ki, 44 dəfə Türkiyə millisinin də formasını geymiş təcrübəli futbolçu "Qalatasaray"ın yetirməsidir. 2001-ci ildən "cim bom"un əsas komandasında çıxış edən Sabri 478 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 25 qol vurmağı bacarıb.

Tarix: 13 İyun [18:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyul 2017
26  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio