Eddi İsrafilovun komandası qələbə qazandı

01:14 - 16 İyun 2017

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda keçirilən pley-off oyunlarından daha biri baş tutub.

 

Sportal.az xəbər verir ki, ilk olaraq "Hueska" doğma meydanda "Xetafe" ilə bərabərə qalmışdısa (2:2), ikinci oyun günündə "Kadis" "Tenerife"ni qəbul edib.

 

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" ilk oyunda minimal hesablı qələbəyə sevinib. Amma millimizin üzvünün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, iyunun 17-də "Xetafe" ilə "Hueska" arasında cavab görüşü keçiriləcək. "Kadis" isə bir gün sonra "Tenerife"nin qonağı olacaq. Qalib komandalar elitaya vəsiqə uğrunda final görüşündə üz-üzə gələcəklər.

Xəbər xətti