"Xetafe" La Liqa yolunda daha bir addım atdı

15:10 - 18 İyun 2017

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, final oyununa vəsiqə qazanan ilk komanda məlum olub. Yarımfinalda qarşılaşan "Xetafe" və "Hueska"nın ilk görüşündə 2:2 hesabı qeydə alınsa da, "Xetafe" doğma divarlar arasında rəqibinə 3 cavabsız qolla qalib gəlib və finala yüksəlib.

 

Qeyd edək ki, digər yarımfinal cütündə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" "Tenerife" ilə mübarizə aparır. Bu komandalar arasındakı ilk görüşdə futbolçumuzun komandası 1:0 hesabıyla qalib gəlib. Tərəflər arasındakı cavab görüşü bu gün baş tutacaq.

Xəbər xətti