“Qarabağ”ın ilk yoxlama matçının vaxtı dəqiqləşdi

16:58 - 18 İyun 2017

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” iyunun 20-də ilk yoxlama oyununu keçirəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq arşılaşma yerli vaxtla saat 17:00-da  (Bakı vaxtıyla 19:00) start götürəcək.

 

Qeyd edək ki, bir müddət öncə “Terek” klubu adını dəyişdərərək “Axmat” olub.

Xəbər xətti