"Neftçi"nin "Şalke" ilə matçının vaxtı dəqiqləşdi

"Neftçi”nin hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq. 

 

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq.

 

"Neftçi”nin yay hazırlıq planı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi saytda dərc olunacaq.

Tarix: 19 İyun [17:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2017
23  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio