Luka Modriç həbs oluna bilər

15:56 - 20 İyun 2017

Xorvatiya millsinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç saxlanılıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Zaqreb “Dinamo”sunun sabiq prezidenti Zdravko Mamiçin məhkəməsində yalançı şahidliklə hakimi aldatmağa cəhd etdiyi üçün ulduz futbolçu barəsində ayrıca məhkəmə başladılıb. 

 

“Real”ın oyunçusunun 2008-ci ildə Zaqreb “Dinamo”sundan “Tottenhem”ə transferi zamanı sənədləri qanunsuz şəkildə hazırlamaqda günahlandırılan Zdravko Mamiçin də məhkəməsi davam edir.  Modriçin dediyi məbləğlə sənəddəki məbləğ fərqli olub.

 

Məhkəmə Mamiçin qardaşı Zoran Mamiçlə birlikdə 15 milyon avrosunu öz hesabına köçürdüyünü və 1,6 milyon avroluq vergidən yayındığını açıqlayıb. Mamiçin günahı sübuta yetirilərsə, Modriç də həbs ediləcək.

Xəbər xətti