"Mançester Yunayted"in futbolçusu La Liqa klubunda

14:54 - 22 İyun 2017

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Adnan Yanuzay karyerasını İspaniya La Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü “Real Sosyedad” klubuna transfer olub. San-Sebastiyan təmsilçisi 22 yaşlı Kosovo əsilli yarımmüdafiəçi üçün "Mançester Yunayted"ə 11 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Yanuzay Son mövsümü icarə əsasında “Sanderlend”də keçirib və 25 oyunda 3 assist edib.

Xəbər xətti