Fiqu: "Ronaldo əvəzolunmaz deyil"

18:27 - 22 İyun 2017

Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqu “Real”ın futbolçusu Kriştiano Ronaldonun komandadan ayrılması xəbərlərinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına açıqlama verən  veteran futbolçu Ronaldonun əvəzolunmaz olmadığını deyib:

 

“Real” kimi komandaların adı klubun prezidenti daxil olmaqla hər kəsin adından böyükdür. Sadəcə, Ronaldo yox, heç kimin əvəzolunmaz olmadığını düşünürəm”.

Xəbər xətti