"Qarabağ"ın rəqibində yeni hücumçu

12:21 - 23 İyun 2017

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Samtredia” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, son ölkə çempionu  Kutaisi “Torpedo”sunun hücumçusu Nika Sabanadzeni transfer edib. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Xəbər xətti