"Milan" Türkiyə millisinin üzvünə "elçi düşdü"

18:55 - 26 İyun 2017

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu karyerasını İtaliyada daam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Leverkuzen "Bayer"inin üzvünün xidmətində "Milan" maraqlıdır. Bu barədə məlumatı futbolçunun meneceri Bektaş Dmirtaş "Funke Sport"a açıqlamasınmda deyib. O, "rossenyerlər"lə danışıqların davam etdiyini vurğulayıb:

 

"Bəli, "Milan"dan təklif almışıq. "Milan" Avropanın və dünyanın ən böyük klublarından biridir. Danışıqlar davam etdiyi üçün bu məsələ ətrafında çox danışmaq istəmirəm. Ümid edirəm ki, bu keçid reallaşacaq".

 

Almaniya mətbuatı "Milan"ın futbolçuya görə "Bayer"ə 20-25 milyon avro ödəyəcəyini iddia edir.

Xəbər xətti