"Mladost" - "İnter" matçı canlı yayımda

23:01 - 28 İyun 2017

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “İnter” sabah səfərdə Serbiyanın “Mladost” klubu ilə üz-üzə gələcək.

 

Sportal.az saytının məlumatına görə, I təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
 

Bu barədə kanalın rəsmi saytı açıqlama yayıb.

 

Qeyd edək ki, sabah Avropa Liqasının I təsnifat mərhələsində oynanılacaq “Zirə” – “Differdanj” (Lüksemburq) görüşü də “CBC Sport”un canlı efirində olacaq. “Dalğa Arena”da keçiriləcək oyuna saat 21:00-da start veriləcək.

Xəbər xətti