"Zirə" yeni transferini sifariş etdi

12:59 - 29 İyun 2017

"Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi yeni transferi olan rumıniyalı müdafiəçi Qabriel Mateyin adını iştirak ərizəsinə salıb.

 

Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-ə çatıb. 

 

Matey "qartallar"da 14 nömrəli forma ilə çıxış edəcək. "Zirə"nin digər yeni transferləri - Jozef Bum - 3, Vüqar Mustafayev - 4, Rəşad Sadiqov - 6, Orxan Əliyev - 7, David Manqa - 9, Nicat Qurbanov - 99, Kervan Belfor - 10 nömrəni seçiblər.

Xəbər xətti