Ramil Şeydayev ölkə başçısı ilə görüşdü FOTO

13:12 - 29 İyun 2017

Slovakiyanın prezidenti Andrey Kiska futbol üzrə son ölkə çempionatının qalibi olan "Jilina" klubunu qəbul edib.

 

Sportal.az xəbər verir ki, "jilina"da çıxış edən milli komandamızın hücumçusu Ramil Şeydayev də prezidentlə baş tutan görüşdə iştirak edib.

Ölkə başçısı “Jilina”nı çempionluq münasibətilə təbrik edib. və Çempionlar Liqası turnirində uğurlar arzulayıb.
 
Qeyd edək ki, “Jilina” Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq.

 

Xəbər xətti