Skarlatake Avropa Liqasının bombardirləri sırasında

14:56 - 30 İyun 2017

Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıya ilkin təsnifat mərhələsində dubla imza atan 21 oyunçu başçılıq edir. Bombardirlər sırasında Bakı “İnter”inin futbolçusu Adrian Skarlatake də yer alıb. O, dünən Serbiyanın “Mladost” klubu ilə səfər görüşündə 2 qol vurub.

 
Qeyd edək ki, "Mladost" - "İnter" matçı Bakı klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti