"Sumqayıt" növbəti transferini açıqladı

20:21 - 2 İyul 2017

2017/2018 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son mövsümü “Qəbələ”də keçirmiş Ramin Həsənovu 1 illik icarəyə götürüb.

 

21 yaşlı hücumçu “Sumqayıt”da 90 nömrəli forma altında çıxış edəcək.

Xəbər xətti