Millimiz beynəlxalq turnirdə 3-cü oldu

11:19 - 3 İyul 2017

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun Vitebsk şəhərində təşkil edilmiş beynəlxalq turnirdə iştirak edib.

 

Sportal.az xəbər verir ki, yığmamız turnirdə üçüncü yeri tutub. İlk oyunda Türkiyə yığmasına 1:2 hesabı ilə məğlub olan millimiz ikinci qarşılaşmada litvalı futbolçuları məğlub edib – 7:3. 

 

Komandamız son oyunda Belarus yığmasına 3:4 hesabı ilə uduzub.

Xəbər xətti