Türkiyə klubu millimizin futblçusundan imtina etdi

11:42 - 3 İyul 2017

Ötən mövsüm "Bursaspor"da istənilən kimi çıxış etməyən Dəniz Yılmazın taleyi sual altındadır.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusunun adı Super Liqanın "Göztəpə" və "Akhisar" klubları ilə hallanır. Ancaq "Akhisar" klubunun prezidenti Hüseyin Eryüksel bu iddiaları təkzib edib. Klub rəsmisi Yılmazla maraqlanmadıqlarını bildirib:

 

"Komandamızda yaş ortalamasına diqqət edirik. Bu səbəbdən transferlərdə gənc oyunçulara nəzər yetiririk. Bu səbəbdən Dəniz Yılmazı transfer edə bilmərik. O, bizim gündəmimizdə yoxdu".

 

Qeyd edək ki, 29 yaşlı hücumçu 2016-cı ildən "Bursaspor"da çıxış edir. Dəniz son mövsüm 21 oyuna 5 qol vurub və 1 assist edib.

Xəbər xətti