Millimizin sabiq futbolçusu Almaniyada klubunu dəyişdi

11:32 - 4 İyul 2017

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov almaniyada klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, Dadaşov karyerasını yenə də  Regional Liqasının Şimal-Şərq zonasında davam etdirəcək. 26 yaşlı forvard Berlinin “Dinamo” klubu ilə 1 illik müqavilə bağlayıb.

 

Rüfət ötən mövsüm Regional Liqada çıxış edən "Moyzelvits" klubunda çıxış edib.

 

Xatırladaq ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə millimizin heyətində 16 oyunda iştirak edib və 4 qol vurub.

Xəbər xətti