"Kəpəz"in oyunlarının vaxtı dəyişdirildi

12:15 - 5 İyul 2017

“Kəpəz” Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, öncədən verilən məlumatda “sarı-göylər”in iyulun 8-də saat 17:00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilmişdi. Hər iki oyunun vaxtı ilə bağlı dəyişiklik edilib. Belə ki, həvəskar liqasının iştirakçısı ilə oyun eyni tarixdə, amma saat 18:00-da başlayacaq. Premyer Liqa təmsilçisi ilə matç isə bir gün əvvələ keçirilib.

 

Beləliklə, “Neftçi” – “Kəpəz” görüşü iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq. 

Xəbər xətti