Donnarumma "Milan"la razılığa gəldi

12:51 - 5 İyul 2017

“Milan” Canluici Donnarumma ilə müqaviləni uzadacaq.

 

Sportal.az xəbər verir ki, tərəflər artıq razılığa gəliblər. Bu barədə məlumatı “Milan”ın baş direktoru Marko Fassone verib. Klub rəsmisinin sözlərinə görə, İtaliya millisinin üzvü ilə tezliklə müqavilə bağlanacaq.

 

Qeyd edək ki, 18 yaşlı qapıçı "Milan"ın yetirməsidir.

Xəbər xətti