"Beşiktaş" Gökhan Törəni itirdi

00:43 - 10 İyul 2017

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, son məşqlərdən birində zədələnən Gökhan Törə uzun müddətə sıradan çıxıb. Onun diz bağlarından əməliyyat olunmaq üçün Almaniyaya getdiyi bildirilir. 25 yaşlı yarımmüdafiəçi 4 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Gökhan Törə son mövsümü icarə əsasında İngiltərənin "Vest Hem" klubunda keçirmişdi.

Xəbər xətti