"Astra" - "Zirə" matçının hakim təyinatları açıqlandı

13:59 - 10 İyul 2017

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Astra" (Rumıniya) - "Zirə" (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, görüşü Sergey Sinkeviçin başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək. Köməkçi hakimlər Vitali Malyutin və Yevgeni Romanov olacaq. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

 

Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyulun 13-ü, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Xəbər xətti