Ölkə çempionunun futbolçuları məğlubiyyətə görə həbs olundu

Albaniya çempionu “Kukesi” klubu Avtriyada təlim məşq toplanışında xoşgəlməz halla qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, burada yoxlama görüşündə qüvvəsini sınayan albanlar “Dinamo Moskva” ya 0:6, “Volfsberq”ə isə 0:7 hesabı ilə uduzublar. Oyunların nəticələrindən sonra Avstriya polisi “Kukesi” klubunun 7 oyuçusu və məşqçilərini həbs edib. Onlar oyunun nəticələrinə görə şübhəli bilinərək dindiriliblər. 

 

Dindirmədən sonra sərbəst buraxılsalar da, haqlarında araşdırma davam edəcək. 

 

Qeyd edək ki, “Kukesi” klubu sabah UEFA Çempionlar Liqasındın II təsnifat mərhələsində Moldova “Şerif”i ilə qarşılaşacaq. 

Tarix: 10 İyul [16:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio