Ayxan Abbasov: "Çalışacağıq ki, lazımı nəticəni əldə edək"

“Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımı nəticəni əldə edək”.

 

Sportal.az xəbər verir ki, bu sözləri  “Zirə”nin baş məqşçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra” ilə ilk matçdan öncə keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis “Astra” ilə oyuna ciddi hazırlaşdıqlarını söyləyib: “Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşmaq üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədir çıxış edirik, bu, bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq”.

 

Abbasov Ruminya klubunun topla oynamağı sevdiyini bildirib: “Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq. Ümumiyyətlə, “Astra” haqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə, görünür ki, rəqib topla oynamağı sevir”.

 

Qeyd edək ki, “Astra” ilə “Zirə” arasında ilk oyun sabah Rumıniyada, cavab qarşılaşması isə iyulun 20-də Bakıda keçiriləcək.

Tarix: 13 İyul [00:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2017
19  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio