"İnter" reytinq xalımızı zənginləşdirdi

11:58 - 13 İyul 2017

“İnter”in Avropa Liqasının II təsnifat mərhələsininin ilk oyununda “Fola”ya (Lüksemburq) qalib gəlməsi (1:0) Azərbaycanın UEFA klub reytinqindəki reytinq xalını zənginləşdirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırıb. Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız isə 16,250-yə yüksəlib. Bununla da 21-ci pillədəki yerini möhkəmləndirən ölkəmiz Bolqarıstan və Belarusu geridə qoyub.

 

Qeyd edək ki, cari mövsümdə klublarmız meydana çıxdığı 6 görüşün hamısında qalib gələrək maksimum – 1.500 xal toplayıb. 

Xəbər xətti