Azərbaycanlı futbolçu "Anji"də qaldı

14:34 - 13 İyul 2017

Rusiya "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Anji" ilə daha bir il müddətinə icarəyə verilib. 
 

Sportal.az Mahaçqala klubunun rəsmi saytına istinadən xəbər verir ki, iki klub arasındakı anlaşma 2017-2018 mövsümünün sonunadək qüvvədə olacaq.

 

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 matçda meydana çıxıb və yaxşı oyunu ilə diqqət çəkib. 

Xəbər xətti