"Samtredia" – "Qarabağ" matçı canlı yayımda

14:51 - 14 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyunu canlı yayımlanacaq.

 

Sportal.az saytının məlumatına görə, 18 iyul saat 21:00-da Boris Payçadze adına stadionda başlanacaq oyun İdman Azərbaycan kanalının canlı yayımında olacaq.

 

Qeyd edək ki, komandalar arasında ilk görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti