Mourinyo Ronaldo haqda: "Transferi mümkünsüz olan futbolçulara vaxt itirmərəm"

13:42 - 16 İyul 2017

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Kristiano Ronaldonu transfer etməyin mümkün olmadığını bildirib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin Premyer Liqaya dönməsinin real olmadığını qeyd edib. Komandasının "Los Anceles Qalaksi"ni 5 - 2 hesabı ilə məğlub etdiyi matçdan sonra Mourinyo Ronaldo haqda suala cavab verib:

 

"Ronaldonu transfer etməyi heç vaxt düşünməmişik. Çünki o çox güclü maliyyə imkanlarına malik olan klubun önəmli futbolçusudu. Kristianonun "Real"dan ayrılacağını düşünməyimizə əsas verəcək bir səbəb yoxdu. Komandama transferi mümkünsüz olan futbolçulara vaxt itirmərəm".

 

Təcrübəli çalışdırıcı adı "Mançester Yunayted"lə hallanan "kral klubu"nun hücumçusu Alvaro Morata haqqında da danışıb:

 

"Bu haqda Florentina Presdən soruşmaq lazımdı."Real" onu satmamaq barədə qərar verdi, buna görə də biz futbolçunu transfer edə bilmədik. Təəssüf doğuran bir vəziyyətdi. Morata mənim vaxtımda "Real"ın əsas komandasına yüksəlmişdi. Onu özəl bir oyunçu kimi görürəm. "Yuventus" və "Real"da inkişafını zövqlə izləyirdim. Amma hazırda Mançesterə gələ biləcəyini düşünmürəm".

Xəbər xətti