"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi YENİLƏNİB

22:50 - 18 İyul 2017

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi səfərdə “Samtredia” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Qarabağ" ÇL-nin III təsnifat mərhələsinə vəsiqə qazanıb.

 

Ağdam klubu "növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.


18 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

 

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Donald Gerrye, 22
İlk oyun – 0:5 
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)

UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
Hakim-inspektor: Laşzlo Vaqner (Macarıstan)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

Xəbər xətti