Dəniz oynamadı, Kökcü üçün 45 dəqiqə

16:55 - 18 İyul 2017

Millimizin futbolçuları Dəniz Yılmaz və Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "yaşıl timsahlar" İngiltərə Çempionşip təmsilçisi “Lids”lə üz-üzə gəlib. Matç "Bursaspor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sözügedən qarşılaşmada 21 yaşadək futbolçulardan ibarət millimizin yarımmüdafiəçisi Kökcü ikinci hissədə meydana daxil olub. Əsas millimizin hücumçusu Yılmaz isə oynamayıb.

 

Qeyd edək ki, "Bursaspor" bu gün "İnqolştatd"la qarşılaşacaq.

Xəbər xətti