Mahmudovlu "Boavişta" məğlub oldu

12:53 - 19 İyul 2017

Portuqaliya çempionatının yeni mövsümünə hazırlaşan "Boavişta" yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun komandası Portuqaliyanın digər təmsilçisi "Feyrense" ilə qarşılaşıb və bu görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

İlk yarını ehtiyat oyunçular skamyasından izləyən Mahmudov fasilədən sonra meydana çıxsa da, komandasına kömək edə bilməyib.

Xəbər xətti