“Fakel” Məsimovsuz qalib gəldi

11:42 - 27 İyul 2017

Rusiya 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" doğma meydanda “Tümen”lə qarşılaşıb və bu oyundan qalib ayrılıb - 1:0.

 

Yeganə qolu qarşılaşmanın 51-ci dəqiqəsində Nika Çikapeliya vurub. Samir bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

"Fakel" 4 turdan sonra 5 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti