Millimizin üzvü yeni komandasında debüt etdi

00:05 - 31 İyul 2017

Ukrayna Premyer Liqasında 3-cü tura yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin komandası “Aleksandriya”  öz meydanında “Zarya” ilə qarşılaşıb.  Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Yeni komandasında debüt edən Paşayev 65-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 3 oyundan sonra 2 xalı olan “Aleksandriya” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti