"Panatinaikos"un baş məşqçisi: "Əsas məqsədimiz mərhələ adlamaqdı" MÜSAHİBƏ

“Əlbəttə, ilk oyunda qalib gəlmişik. Üstünlük bizim tərəfimizdədir. Amma futbolda hər şey baş verə bilər”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidisə məxsusdur.

 

Afina təmsilçisi Avropa Liqasının III təsnifart mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ”nin qonağı olacaq.

 

Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən 48 yaşlı çalışdırıcı fikirlərini bildirib: “Sabahkı oyunda hər şeyə əvvəldən başlayacağıq. Bizim əsas məqsədimiz mərhələ adlamaqdır. Bunu reallaşdırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

 

- Bir həftə öncəki oyunda “Panatinaikos” çox yaxşı təsir bağışladı. Bəs sabahkı oyuna nə dərəcədə hazırsınız?

- Belə turnirlərdə oyun keçirmək çətin olur. Biz oyuna bir həftə ərzində yaxşı hazırlaşmışıq. Necə hazırlıq keçdiyimiz sabahkı oyunda bəlli olacaq.  

 

- Sabah hansı taktiki sxemlə meydana çıxacaqsınız?

- Oyun sistemimizdə heç bir dəyişiklik olmayacaq. Biz 4-5-1 sxemi ilə yaxşı oynayırıq və bunu daha da inkişaf etdirməliyik. Ancaq oyunun gedişindən asılı olaraq taktiki dəyişikliklər də edə bilərik.

 

- Lusiano və Kabezos ilk oyuna hazır deyildi. Sabah onlar meydana çıxa biləcəklərmi?

- Onlar indi də tam hazır vəziyyətdə deyillər. Amma oyun zamanı bizim həmin futbolçulara ehtiyacımız ola bilər. Lazım olsa, onları da döyüşə atacağıq.

 

- Komandaların növbəti mərhələ şansını faiz etibarilə necə dəyərləndirərdiz?

- İlk görüşdə qələbə qazandığımız üçün üstünlük bizim tərəfimizdədi. (Futbol11.az)

Tarix: 2 Avqust [19:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2017
16  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio