"Qarabağ"ın ÇL-nin pley-off mərhələsindəki rəqibi hansı komanda olsun? SORĞU

12:55 - 4 Avqust 2017

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada 20 komanda iştirak edəcək. Çempionlar yolunda mübarizə aparan Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.
 
Tarixində ilk dəfə ÇL-in pley-offunda  çıxış edəcək Qurban Qurbanovun komandası bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşa bilər.

 

Aşağıdakı sorğuda "Qarabağ"lın hansı rəqiblə qarşılaşacağını ehtimal edirsinizsə, səs verə bilərsiniz.

 

 

 

 

Xəbər xətti