Neymar: "Pulu düşünsəydim, başqa klubda oynayardım"

PSJ "Barselona"dan transfer etdiyi Neymarı ictimaiyyətə təqdim edib.

 

Sportal.az xəbər verir ki, təqdimetmə mərasimi zamanı braziliyalı futbolçu mətbuat konfransı keçirib. O, böyük klubda gəldiyini deyib:

 

"Böyük kluba gəlmişəm. Bununla yanaşı, Paris möhtəşəm şəhərdir. Hisslərimi sözlə ifadə edə bilmirəm. Tez bir zamanda məşqlərə başlamaq və dostlarımla əla vaxt keçirmək istəyirəm. Ümid edirəm ki, yeni komanda yoldaşlarıma böyük uğurlar qazanacağıq". 

 

"Sambaçı" PSJ-ni seçməsinin  səbəbini də açıqlayıb:

 

"Əgər pulu düşünsəydim, indi dünyanın başqa bir ölkəsində, başqa bir klubda olardım. İnsanların belə düşünməsi məni kədərləndirir. Həqiqətən də Parisə köçəcəyimi gözləmirdim. Bu, həm bizim üçün, həm də futbol aləmi üçün yaxşı sürpriz oldu. Demək istəyirəm ki, klubun hədəfləri mənim hədəflərimlə üst-üstə düşür. Düşünürəm ki, PSJ-da qarşıma qoyduğum hədəflərə çata biləcəyəm. PSJ-ni zəfərə daşımaq üçün əlimdən gələni edəcəyəm".

 

Ulduz futbolçu onun Lionel Messinin kölgəsində qaldığı üçün klubu tərk etdiyi iddialarına da cavab verib:

 

"Messi ilə birgə çıxış etmək qürurvericidir. Belə bir fikrim olmayıb. Ondan ayrılmaq çətin oldu".

 

Qeyd edək ki, PSJ bu transferə görə "Barselona"ya 222 milyon avro ödəyib. 

Tarix: 4 Avqust [19:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio