Hümbətovlu "Pobeda"dan növbəti qələbə

00:22 - 5 Avqust 2017

Makedoniyanın "Pobeda" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun şərəfini qoruduğu bu klub ölkənin aşağı liqa təmsilçisi "Osoqovo" ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Hümbətov da bu qarşılaşmanın iştirakçısı olub. O, meydana start heyətdə çıxıb.

Xəbər xətti