Rauf Əliyev ayrılıq qərarı verdi

11:46 - 6 Avqust 2017

Millimizin hücumçusu Rauf Əliyev "İnter"dən ayrılır. 

 

Bunu Sportal.az-a açıqlamasında Raufun özü bildirib. O, qeyd edib ki, "İnter"in klub olaraq gələcəyinin hələ də müəmmalı qalması ayrılmaq istəyini artırıb. Onun çempionat başlayana kimi yeni komandada peyda olacağı istisna olunmur.

 

Qeyd edək ki, Rauf Əliyevin xidmətində "Zirə" klubu maraqlı idi. 

Xəbər xətti