"Sumqayıt"a 800 manat cərimə

14:57 - 15 Avqust 2017

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:

 

Azərbyacan Premyer Liqasının I turunun “Sumqayıt” – “Kəpəz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin I turunun “Sumqayıt” – “Kəpəz” matçının 74-cü dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Yusif Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin I turunun “Zirə” – “Səbail” matçının 47-ci dəqiqəsində “Səbail” klubunun 85 №-li futbolçusu Xaliq İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Xəbər xətti