Tottinin nömrəsi heç kimə verilmədi FOTO

11:51 - 17 Avqust 2017

“Roma” 2017/18 mövsümü üçün forma nömrələrini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun “tvitter” səhifəsində açıqlanan siyahıda bu il karyerasını bitirən, klubun canlı əfsanəsi Françesko Tottinin uzun müddət daşıdığı 10 nömrə yer almayıb.

 

Xatırladaq ki, klub rəsmi olaraq 10 nömrəli futbolkanı əbədiləşdirməyib.

 

Totti futbolçu karyerası ərzində yalnız “Roma”da çıxış edib. O, paytaxt klubunda şans qazandığı 786 oyunda 307 qola imza atıb. 

 

Xəbər xətti