“Nyukasl” ispan hücumçu transfer etdi

12:12 - 17 Avqust 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Nyukasl” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, bu il Premyer Liqaya qayıdan “sağsağanlar” “Stok Siti”nin hücumçusu Xoselunu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. İspan futbolçuyla 3 illik müqavilə bağlanıb.

 

27 yaşlı hücumçu son mövsümü icarə əsasında İspaniya La Liqa təmsilçisi “Deportivo”da keçirib. O, meydana çıxdığı 24 oyunda 6 qola imza atıb.

Xəbər xətti