"Qarabağ" qalib gəldi, "Səbail" "Neftçi"ni məğlub etdi YENİLƏNİB

21:52 - 19 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçı “Dalğa Arena”da keçirilib. Çempionatın debütantı “Səbail” “Neftçi”ni Mərdəkanda qonaq edib. İlk turda uduzan komandaların duelində “Səbail” 1:0 hesablı qələbə qazanıb.

 

Günün son oyunu Suraxanıda baş tutub. Ötən mövsümün mükafatçılar “Qarabağ” və “İnter” münsibtlərinə aydınlıq gətirib. Qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası

II tur 

19 avqust (şənbə)

 

18:00. "Səbail" – "Neftçi" 1 - 0

Qol: Elman Taqayev, 90
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov 
“Dalğa Arena” 

 

20:00. "Qarabağ" – "İnter" 1 - 0

Qol: Əfran İsmayılov, 89
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Azərsun Arena”

Xəbər xətti