"Kopenhagen"in baş məşqçisi: "Qarabağ"a qol vurmaq asan iş deyil"

12:16 - 20 Avqust 2017

"Bizim üçün yaxşı nəticə idi. Vacib sınaq öncəsi mühüm qələbə əldə etdik. Bizim üçün ən vacib məqsəd 3 xal qazanmaq və komandamıza yüksək əhval-ruhiyyə gəitrmək idi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Kopenhagen"in baş məşqçisi Steyl Solbakken deyib. 

 

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen" Danimarka çempionatında növbəti oyununu keçirib. Komanda Super Liqanın VI turu çərçivəsində "Syonneryusk"u qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında "Kopenhagen"in baş məşqçisi ayın 23-də "Qarabağ"a qarşı keçirəcəkləri matç haqda bunları deyib: "İlk hissə bizim üçün çox vacibdir, oyun ərzində konsentrasiyanı saxlamalıyıq. Əgər birinci hissə rəqibi cəzalandıra bilməsək, bizim üçün çətin olacaq. "Qarabağ"a qol vurmaq asan iş deyil. Rəqibimiz yaxşı komandadır və matça ciddi hazırlaşmalıyıq. Bu qarşılaşmada qaib gəlmək bizim üçün vacibdir".

Xəbər xətti